ONN İnformasiya Agentliyi

Yanvar ayında da 190 manat veriləcək? – RƏSMİ AÇIQLAMA

Yanvar ayında da 190 manat veriləcək? – RƏSMİ AÇIQLAMA
06 Yanvar 2021 - 16:33

Xəbər verdiyimiz kimi dekabrıbın 14-dən yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edildiyinə görə işsizlərə 190 manat birdəfəlik müavinət verildi. Sərt karantin rejiminin yanvarın sonuna kimi uzadılması ilə bağlı iddialar var. Sərt karantin rejimi uzadılarsa, yanvar ayında da 190 manat birdəfəlik müavinət verilə bilərmi?

ONN media xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bu barədə hələlik rəsmi heç bir məlumat yoxdur:

“Bilirsiniz ki, karantin rejimi ilə bağlı qərarları Operativ Qərargah verir. Hələlik yanvarın 18-nə kimi sərt karantin rejimi davam edir. Yanvar ayında 190 manat birdəfəlik müavinət verilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png