ONN İnformasiya Agentliyi

Ağ Ev sarsıldı: İstefa dalğası yaşanır

Ağ Ev sarsıldı: İstefa dalğası  yaşanır
07 Yanvar 2021 - 10:33

ABŞ Konqres binasının prezident Donald Tramp tərəfdarları tərəfindən işğal edilməsinin ardınca Ağ Evdə istefa dalğası yaşanıb.

ONN media  xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Sara Metyus və Ağ Evin Sosial Məsələlər müdiri Riki Niseta da istefa edib.

ABŞ mətbuatının məlumatına görə, Ağ Evdə başqa şəxslərin də istefasını açıqlaması planlaşdırılır. İddiaya görə, onlar arasında prezidentin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Robert Obrayn, onun müavini Matt Pottinqer və Prezident Aparatının rəhbərinin müavini Kris Liddell də var.

Qeyd edək ki, iğtişaşlar fonunda Ağ Evdə ilk istefa verən şəxs ABŞ-ın birinci xanımı Melanya Trampın Aparatının rəhbəri Stefani Qrişem olmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png