ONN İnformasiya Agentliyi

Rusiyadan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMA

Rusiyadan Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMA
18 Yanvar 2021 - 11:24

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzərində işlərini davam etdirir.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bugünədək aparılan əməliyyatlar zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri, təxminən, 551 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib.

Keçmiş Ağdərə rayonunun minalardan təmizlənməsi zamanı rusiyalı sülhməramlıların müasir “Uran-6” robot sistemlərindən və mina aşkarlama xidmətinin itlərindən istifadə etdikləri qeyd olunur.

“23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 205,3 km yol, 25 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 783 yaşayış binasını 23,7 mindən çox partlamamış hərbi sursatlardan təmizləyib”, – açıqlamada bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png