ONN İnformasiya Agentliyi

Rusiyanın təyyarəsi Gəncəyə uçdu – SƏBƏB?

Rusiyanın təyyarəsi Gəncəyə uçdu – SƏBƏB?
18 Yanvar 2021 - 14:25

Rusiya Fövqəladə Hallar Nazirliyinin ikinci qrup mühəndis-istehkamçıları Ağdam bölgəsinə göndərilib.

ONN media  xəbər verir ki, rusiyalı istehkamçılar sülhməramlı missiya çərçivəsində Ağdamı minalardan təmizləyəcəklər.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, yanvarın 18-də göyərtəsində pirotexniki vasitələr olan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Gəncə şəhərinə uçub. Bölmənin ikinci istehkamçı qrupuna “Lider mərkəzi” və “Noginsk” xilasetmə mərkəzinin mütəxəssislərinin daxil olduğu qeyd edilir.

Həmçinin, MV-4 nəqliyyat vasitəsinə əsaslanan mobil robot kompleksi və ağır yüklərin təhlükəsiz daşınması üçün dizayn edilmiş çoxsaylı nəqliyyat vasitəsi Azərbaycana gətiriləcək.

Qeyd edək ki, daha əvvəl 20 mütəxəssis Ağdam bölgəsinə göndərilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png