ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Xırdalanda GÜCLÜ PARTLAYIŞ oldu

SON DƏQİQƏ: Xırdalanda GÜCLÜ PARTLAYIŞ oldu
25 Yanvar 2021 - 19:21

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

ONN media  xəbər verir ki, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.

Məlumata görə, partlayışdan sonra evdə yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

İlkin məlumata görə, dağıntılar altında qalan iki nəfər xilas edilib. Onlardan biri uşaq, digəri isə qadındır.

Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png