ONN İnformasiya Agentliyi

“Facebook”, “WhatsApp” və “Instagram”ın işində problemlər yarandı

“Facebook”, “WhatsApp” və “Instagram”ın işində problemlər yarandı
26 Yanvar 2021 - 16:08

Bəzi ölkələrdə “Facebook”, “WhatsApp” və “Instagram” istifadəçiləri bu xidmətlərin istifadəsində problemlərlə üzləşiblər.

ONN media xəbər verir ki,  problemlərin mövcudluğu barədə Finlandiya, Estoniya, İsveç, Rusiya və digər ölkələrdən olan istifadəçilər xəbər veriblər.

Portalın yaydığı məlumata görə, “WhatsApp” istifadəçilərinin 83%-i serverə qoşulma problemi ilə üzləşib, 15%-i veb-səhifədən istifadə edə bilmədiyi bildirib, qalanı isə servisə daxil ola bilməyiblər.

“Facebook”un işində də dayanmalar müşahidə olunub. İstifadəçilərin əksəriyyəti (87%-i) saytı yükləyərkən problem yaşayıblar, digərləri isə sosial şəbəkəyə daxil ola bilməyiblər.

“Instagram”la problemlərlə daha çox Rusiya, Estoniya, Finlandiya və digər ölkələrdən olan istifadəçilər qarşılaşıblar. İstifadəçilərin 55%-də xəbər lenti yüklənməyib, 27%-i profillərinə daxil ola bilməyib, 17%-i isə veb saytın işindən şikayətləniblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png