ONN İnformasiya Agentliyi

“WhatsApp”dan istifadə edənlərə XƏBƏRDARLIQ

“WhatsApp”dan istifadə edənlərə XƏBƏRDARLIQ
28 Yanvar 2021 - 9:45

Son ayda milyonlarla istifadəçini itirən “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.

Bu barədə “Siberay” xəbərdarlıq edib.

Mobil telefonun Android əməliyyat sistemi üçün zərərli olan virus özünü “Huawei Mobile” aplikasiyası kimi təqdim edir.

Virus link şəklində istifadəçilərə göndərilir. Linkə basdıqda “Google Play Store”a bənzər sayt açılır və zərərli proqram telefona yüklənməyə başlayır.

Qeyd olunur ki, bu virusdan daha çox reklam və yalançı abunə üçün istifadə edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png