ONN İnformasiya Agentliyi

Rusiyadan Laçın dəhlizi ilə bağlı SON AÇIQLAMA

Rusiyadan Laçın dəhlizi ilə bağlı SON AÇIQLAMA
28 Yanvar 2021 - 10:36

Dağlıq Qarabağda atəşkəs bütün təmas xəttində müşahidə olunur, Laçın dəhlizi ilə hərəkət təhlükəsizdir.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verir.

Bildirilir ki, 27 müşahidə məntəqəsindəki Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəsə riayət olunmasına nəzarət və monitorinq tapşırıqlarını yerinə yetirməyə davam edir. Sülhməramlılar mülki nəqliyyat vasitələrinin təhlükəsizliyi və sakinlərin Laçın dəhlizindən keçməsi, ərzaq məhsullarının daşınmasını müşahidə edir.

Müşahidə məntəqələrinə mümkün hücum olduğu təqdirdə Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin şəxsi heyəti nizamlı olaraq pozuntuların qarşısını almaq üçün döyüş hazırlığı və təlimlər həyata keçirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png