ONN İnformasiya Agentliyi

2021-ci ilin astronomik hadisələri – Günəş ilk dəfə…

2021-ci ilin astronomik hadisələri – Günəş ilk dəfə…
29 Yanvar 2021 - 17:31

2021-ci il dünya sakinləri üçün bir çox maraqlı astronomik hadisə ilə yadda qalacaq.

ONN media xəbər verir ki, “Planets today” bu il müşahidə olunacaq astronomik hadisələri açıqlayıb.

Bu il, xüsusilə, Ay və Günəş tutulmaları ilə yanaşı, meteorit yağışları, Yupiter peyklərinin dəyirmi rəqsi və planetlərin qarşıdurması gözlənilir.

2021-ci ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək. İlk tutulma 26 mayda olacaq – həmin gün Yer kürəsinin kölgəsi Ayın üzərini örtəcək. Bu fenomen Rusiyanın şərq bölgələri və bütün Avstraliyada görünə bilər. 2021-ci ilin ikinci Ay tutulması 19 noyabrda baş verəcək – bu dəfə bütün Rusiyada görünə bilər.

İlk Günəş tutulması isə iyunun 10-da olacaq.

Bu il 7 meteorit yağışı proqnozlaşdırılır. İlki 20 apreldə gerçəkləşəcək. Ən parlaq meteorit axınları isə Akvarids, Drakonids, Perseids və Geminids olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png