ONN İnformasiya Agentliyi

Ermənistanda ŞOK HƏBS

Ermənistanda ŞOK HƏBS
01 Fevral 2021 - 12:08

Erməni “silah baronu” David Qalstyan (Patron Davo) həbs olunub.

ONN media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, o, Müdafiə Nazirliyinə köhnə və yararsız top mərmiləri verməkdə və 1 milyon dollar mənimsəməkdə günahlandırılır.

Belə ki, David Qalstyan xaricdə qeydiyyatdan keçmiş bir şirkətin idarə heyətinin sədri olub və eyni şirkətin direktoru A.B. ilə əvvəlcədən razılaşıb. Müttəfiqlər Müdafiə Nazirliyi ilə 1983-1986-cı illərdə istehsal olunan toplar üçün mərmilər tədarük etmək razılığına gəlib. Daha sonra bağlanmış müqavilənin tələblərinə cavab verməyən 1977-ci il istehsalı Çex silahları üçün nəzərdə tutulmuş mərmilər təhvil verilib. Bu mərmilər də müharibədə döyüş tapşırıqlarını yerinə yetirə bilməyib.

Dövlətə dəymiş ziyanın bərpası, korrupsiya mexanizmində əli olan şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri görülür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png