ONN İnformasiya Agentliyi

Azərbaycan bu göstəriciyə görə Qafqazda liderdir

Azərbaycan bu göstəriciyə görə Qafqazda liderdir
03 Fevral 2021 - 16:13

Doğum səviyyəsinə görə dünya ölkələri arasında Azərbaycan orta yerlərdən birini tutur.

ONN media   xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) tərtib etdiyi reytinqdə Azərbaycan 229 ölkə arasında 126-cı yerdədir. Belə ki, ölkədə hər 10 min əhaliyə 145 doğum hadisəsi düşür

Reytinqə 475 doğum göstəricisinə malik Niger başçılıq edir. Sonrakı yerlərdə Anqola (427) və Uqanda (423) qərarlaşıb. Reytinqdə sonuncu yer tutan Monacoda bu göstərici 64-dür. Cənubi Qafqaz ölkələrindən Ermənistanda hər 10 min əhaliyə 119, Gürcüstanda isə 116 doğum düşür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisi 2020-ci ilin 1 dekabr tarixinə olan vəziyyətə görə 10 123 4 min nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz çoxdur. 2020-ci ilin 11 ayı ərzində ölkədə 116 454, yəni əvvəlki ilə nisbətən 9,9 faiz az uşaq doğulub. Doğulan uşaqların 53,3 faizi oğlanlar, 46,7 faizi qızlar təşkil edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png