ONN İnformasiya Agentliyi

Erkan Özoral: “Türkiyə hər dəstəyə hazırdır”

Erkan Özoral: “Türkiyə hər dəstəyə hazırdır”
04 Fevral 2021 - 22:29

“Azərbaycanın güclü ordusunun olması hər zaman bizim üçün əhəmiyyətli olub”.

ONN media   xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral Gununsesi.info-ya müsahibəsi zamanı deyib.

“Azərbaycan müstəqilliyinin ilk ilərində bunun üçün dəstəyimiz olub. Həmin illərdə çoxsaylı azərbaycanlı əsgərlər Türkiyədə hərbi təhsil aldılar. Ötən illər ərzində azərbaycanlı hərbçilər Türkiyədə ayrıca ixtisaslara yiyələnib”, – səfir bildirib.

Diplomatınm sözlərinə görə, iki ölkə arasında bu gün davam edən hərbi əməkdaşlıq yüksək səviyyədədir:

“Bütün bunlar Azərbaycanın güclü ordusu üçün edilir. Azərbaycan ordusu 44 günlük Qarabağ savaşında sübut etdi ki, dünyanın ən güclü ordularından biridir. İşğal altındakı torpaqları azad etməklə, bunu dünyaya sübut etdi. Ordunun bundan da daha güclü olması üçün Türkiyə hər dəstəyə hazırdır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png