ONN İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi dəfn edildi

Vətən müharibəsi şəhidi dəfn edildi
09 Mart 2021 - 13:24

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən şəhid hərbi qulluqçusu Cəfərov Babək Məxsus oğlu dəfn edilib.

ONN media  xəbər verir ki, o, Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Samux rayon Əlikənd kənd sakini, 1991-ci il təvəllüdlü B.Cəfərov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq komaya düşüb. O, martın 8-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.

Şəhidin 2 övladı Vətənə əmanət qalıb.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png