ONN İnformasiya Agentliyi

Dağıstanda qar uçqunu oldu – YOLLAR BAĞLANDI

Dağıstanda qar uçqunu oldu – YOLLAR BAĞLANDI
21 Mart 2021 - 23:37

Dağıstanın Rutul rayonunda qar uçqunu olub, doqquz yaşayış məntəqəsinə gedən yollar bağlanıb.

ONN media xəbər verir ki, məlumatı Rusiya FHN-in bölgə üzrə idarəsi yayıb.

Hadisə barədə məlumat dispetçerlərə bu gün axşamçağı daxil oub.

“Rutul rayonunun Saxur kəndinin kənarında qar uçqunu olub. Doqquz yaşayış məntəqəsinə – Süqut, Muslax, Mişleş, Korş, Cinnıx, Ottal, Kalal, Muxax, Kusura – gedən yollar bağlanıb. Orada 779 evdə 3899 nəfər, o cümlədən 976 uşaq yaşayır. Ərazidə 14 sosial əhəmiyyətli obyekt var”, – məlumatda deyilir.

FHN-dən bildirilib ki, dağıntı və xəsarət alan yoxdur. Yolun təmizlənməsinə isə bazar ertəsi 08:00-da başlayacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png