ONN İnformasiya Agentliyi

Sarkisyan onlarla mühüm görüş keçirdi

Sarkisyan onlarla mühüm görüş keçirdi
22 Mart 2021 - 20:41

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin siyasi qüvvələri ilə məsləhətləşmələr çərçivəsində “Ədalətli Ermənistan” partiyasının sədri Norayr Norikyan və onun müavinləri David Karapetyan, Eduard Terteryan ilə görüşüb.

ONN media  xəbər verir ki, bu barədə Ermənistanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı ölkədəki mövcud vəziyyət və daxili siyasi böhrandan çıxmağın yolları müzakirə edilib. “Ədalətli Ermənistan”ın nümayəndələri təklif və fikirlərini səsləndiriblər.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png