ONN İnformasiya Agentliyi

Türkiyədə BÖYÜK ƏMƏLİYYAT – 184 nəfər tutuldu

Türkiyədə BÖYÜK ƏMƏLİYYAT – 184 nəfər tutuldu
23 Mart 2021 - 10:47

Türkiyənin İzmir bölgəsində və Şimali Kipr Türk Respublikasında baş tutan əməliyyat-istintaq tədbirləri nəticəsində Fətullahçı Terror Təşkilatına (FETÖ) mənsub 184 nəfərin qolları qandallanıb.

ONN media xəbər verir ki, onlardan bir qismi terrorçu təşkilatın “imam”ları olub. Digərlərinin isə gizli şifrəli mesajlaşma proqramından istifadə etdiyi haqda əsaslı şübhələr yaranıb. Əməliyyat tədbirləri İzmirin 53 bölgəsində aparılıb.

Yaxanı ələ verən 184 nəfər şübhəli şəxsdən 39-nun Quru Qoşunları Komandanlığının, 97-nin Hava Qüvvələri Komandanlığının, 6 nəfərin isə Dəniz Qüvvələrinin mütəxəssisləri olduğu bildirilir.

Saxlanılanlar arasında 2 polkovnik, 7 mayor, 10 baş leytenant, 22 leytenant, 95 baş gizir də var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png