ONN İnformasiya Agentliyi

Azad edilmiş kəndlərin layihələrini bu qurum hazırlayacaq

Azad edilmiş kəndlərin layihələrini bu qurum hazırlayacaq
16 Aprel 2021 - 21:57

“Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na dəyişiklik edilib.

ONN media  xəbər verir ki, sözügedən dəyişikliklə bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Azərbaycanın işğaldan azad edilmiş rayonları da sözügedən sənədə daxil edilir.

Azərbaycanın işğaldan azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılması üçün bu Qaydalarda göstərilən layihə tapşırığının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmasına yol verilir.

Bu hallarda şəhərsalma əsaslandırılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında tərtib edilir.

Həmin sənədlərin hazırlanması Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq dövlət vəsaiti hesabına maliyyələşdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png