ONN İnformasiya Agentliyi

Merkel peyvəndləndi

Merkel peyvəndləndi
16 Aprel 2021 - 22:59

Almaniya Kansleri Angela Merkel növbəlilik əsasında AstraZeneca vaksini ilə peyvənd olunub.

ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib.

“Mən bu gün AstraZeneca ilə birinci peyvəndi etdirdiyim üçün şadam. Vaksinasiya kampaniyasında iştirak edənlərə, eləcə də peyvənd edənə minnətdaram. Peyvəndləmə – pandemiyanı dəf etməyin açarıdır”, – Zaybert Angela Merkelin Twitter-dəki bu sözlərini sitat gətirib.

Xatırladaq ki, aprelin 15-nə olan məlumata görə, dünya üzrə koronavirus əleyhinə 825 milyon dozadan çox vaksinləmə aparılıb. ABŞ 192 milyon 280 min doza ilə hazırda dünyanın ən çox vaksin istifadə edən ölkəsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png