ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Türkiyədə zəlzələ baş verdi – İnsanlar təşvişə düşdü

SON DƏQİQƏ: Türkiyədə zəlzələ baş verdi – İnsanlar təşvişə düşdü
18 Aprel 2021 - 22:22

Egey dənizində Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə 4,2 bal gücündə zəlzələ olub.

ONN media  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 19:26-da qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Xatırladaq ki, Türkiyənin Muğla vilayətində son günlər ərzində ard-arda bir neçə zəlzələ baş verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png