Amerika Birlәşmiş Ştatlarının Minnesota ştatının Murhed şәhәrindәki mәscidә hücum tәşkil edilib.
ONN media xəbər verir ki, bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb.
Bildirilir ki, Murhed Farqo İslam Cәmiyyәti Mәrkәzinә gecә radәlәrindә hücum edilib. Tәcavüzkarın mәscidin divarina İslam әleyhinә müxtәlif süarlar yazıb.
Murhed Bәlәdiyyәsinin sәdri Şelli Karlson ramazan ayında hәyata keçirilәn bu hücumun qәbuledilmәz olduğunu vurğulayıb.
‘‘Murheddә belә aktlar törәdilә bilmәz. Müsәlmanların yayındayıq’’,-deyә Murhed Bәlәdiyyәsinin sәdri qeyd edib.
Minnesotadakı Amerika-İslam Münasibәtlәri Şurası hücumun araşdırılması ilә әlaqәdar çağırış edib.