ONN İnformasiya Agentliyi

Zərif buna görə üzr istədi

Zərif buna  görə üzr istədi
28 Aprel 2021 - 12:52

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif səs yazısının yayılmasına görə üzr istəyib.

ONN media xəbər verir ki, bu barədə Zərif özünün İnstaqram səhifəsində paylaşım edib.

“Gələcək hökumətlərin son 8 ildəki dəyərli təcrübənin istifadəsi üçün diplomatiya və döyüş meydanı arasındakı sinerjinin vacibliyi haqqında aparılan konfidensial fikir mübadiləsinin daxili mübahisəyə çevrilməsinə görə çox təəssüf edirəm”, – deyə o söyləyib.

Qeyd edək ki, Zərifin bundan öncə iranlı iqtisadçı ilə müsahibəsinin səs yazısı yayılmışdı. Səs yazısında Zərif Qüds briqadasının qətlə yetirilən rəhbəri Qasım Süleymaninin ona mane olduğunu, Rusiyanın nüvə razılaşmasını pozmağa çalışdığını, Kerrinin ona İsrail hücumları barədə məlumat verdiyini bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png