ONN İnformasiya Agentliyi

Vaksinlər sonsuzluq yaradırmı? – Professordan İLKİN NƏTİCƏLƏR

Vaksinlər sonsuzluq yaradırmı? – Professordan İLKİN NƏTİCƏLƏR
05 İyul 2021 - 10:30

Rusiya Səhiyyə Nazirliyinin qadınların reproduktiv sağlamlığı üzrə baş müstəqil mütəxəssisi, professor Nataliya Dolquşina koronavirus infeksiyasına qarşı peyvəndlərin kişi və qadınların reproduktiv sisteminə təsiri barədə araşdırmanın ilkin nəticələrindən danışıb.

ONN media xəbər verir ki, tədqiqatda istifadə edilən “Sputnik V” vaksininin insanlarda sonsuzluq yaratmaq riski və hər hansı mənfi təsiri müşahidə edilməyib.

Professor mediaya verdiyi müsahibədə bildirib ki, mütəxəssislər artıq 99 nəfərin – 45 kişi və 54 qadının məlumatlarını analiz edib və onlarda heç bir qüsur tapılmayıb.

Ümumilikdə, tədqiqatda 200 yetkin kişi və 200 yetkin qadın iştirak edib. Birinci növbədə qadınlarda yumurtalıq ehtiyatı qiymətləndirilir, immunitet statusu və qandakı antikorların səviyyəsi araşdırılır, uşaqlığın ultrasəs müayinəsi aparılır, kişilərdə isə spermatogenez parametrləri. Bundan sonra koronavirus peyvəndi vurulur və eyni göstəricilər üç ay sonra qiymətləndirilir.

Dolquşinanın sözlərinə görə, peyvəndlə əlaqədar problemlərin sonradan yarana biləcəyini düşünmək üçün heç bir səbəb yoxdur.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png