ONN İnformasiya Agentliyi

Ölkəmizdə bu benzinin də qiyməti bahalaşdı

Ölkəmizdə bu benzinin də qiyməti bahalaşdı
03 Avqust 2021 - 12:23

Aİ-98 super markalı benzinin qiymətində dəyişiklik edilib.

ONN media xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

O bildirib ki, ölkədə Aİ-98 super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

“Aİ-98 markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, Aİ-98 super markalı benzinin qiyməti 1,55 AZN idi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png