ONN İnformasiya Agentliyi

AzTV-nin rejissoru vaksindən sonra vəfat edib? – AÇIQLAMA

AzTV-nin rejissoru vaksindən sonra vəfat edib? – AÇIQLAMA
01 Sentyabr 2021 - 16:19

Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər.

Yaxınlarının iddiasına görə, rejissor vaksin vurduqdan sonra vəfat edib.

ONN media  xəbər verir ki, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub.

“Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”, – məlumatda bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png