ONN İnformasiya Agentliyi

Reza Deqati Füzuli hava limanının görüntülərini paylaşdı – VİDEO

Reza Deqati Füzuli hava limanının görüntülərini paylaşdı – VİDEO
06 Sentyabr 2021 - 18:38

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsini əks etdirən videogörüntü paylaşıb.

ONN media  xəbər verir ki, Reza Deqati video ilə bağlı şərhində qeyd edib:

“Uçmaq həmişə arzum olub. Burada Qarabağın azad edilməsindən sonra inanılmaz bir hadisənin şahidi oldum. Yoxdan hava limanı tikirlər!”

Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayan fotojurnalist işğaldan azad edilmiş ərazilərdə vandalizmə məruz qalan tarixi abidələrin aqibətini, eləcə də Qarabağda hazırkı quruculuq fəaliyyətini əks etdirən foto çəkilişlər həyata keçirir. Həmin görüntülər Reza Deqatinin ADA Universiteti ilə birgə həyata keçirdiyi “Soul of Karabakh” (“Qarabağın ruhu”) layihəsi çərçivəsində hazırlanan veb-saytda və broşurlarda əksini tapacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png