ONN İnformasiya Agentliyi

Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəldi

Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəldi
06 Sentyabr 2021 - 21:49

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, bununla Şahdağ Milli Parkındakı zubr balalarının sayı 5-ə çatıb. Bala sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

Xatırladaq ki, İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-2020-ci illər ərzində Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 17 baş zubr gətirilərək təbiətə buraxılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png