ONN İnformasiya Agentliyi

Cəmil Babayev Azərbaycana QAYTARILDI

Cəmil Babayev Azərbaycana QAYTARILDI
07 Sentyabr 2021 - 21:14

Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş verib.

ONN media  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, Azərbaycana Cəmil Babayev, qarşı tərəfə isə iki erməni təhvil verilib.

Əsirlərin dəyişdirilməsi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub.

Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png