ONN İnformasiya Agentliyi

Daha 5 qazimiz Türkiyəyə göndərildi

Daha 5 qazimiz Türkiyəyə göndərildi
09 Sentyabr 2021 - 11:51

Ağır yaralanan daha 5 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

ONN media xəbər verir ki, Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:

1. İdrisov Ərşad Rafiq oğlu

2. Misirzadə Rahib Mübariz oğlu

3. Əmənli Nurlan Şirzad oğlu

4. Səmədov Ceyhun Eldar oğlu

5. Əzizli Səddam Nazim oğlu

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png