ONN İnformasiya Agentliyi

Türk Şurasının fövqəladə toplantısı çağırıldı

Türk Şurasının fövqəladə toplantısı çağırıldı
27 Sentyabr 2021 - 9:15

Ankaranın Əfqanıstanla bağlı diplomatik hərəkətləri intensiv şəkildə davam edir. Bu məqsədlə Türk Şurasının xarici işlər nazirlərinin Türkiyənin dəvəti ilə fövqəladə toplantısı çağırılıb.

ONN media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, bu gün İstanbulda keçiriləcək toplantıda Əfqanıstanda baş verən son hadisələr müzakirə olunacaq.

Toplantıya Türk Şurasının üzvləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi statusunda olan Macarıstanın xarici işlər nazirləri qatılacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png