ONN İnformasiya Agentliyi

İranın Bakıya “qadağa” tətbiqinin hədəfi – Korıbko

İranın Bakıya “qadağa” tətbiqinin hədəfi – Korıbko
06 Oktyabr 2021 - 11:11

İranın bu qərarı son vaxtlar Azərbaycanla olan gərginliyə və Türkiyə ilə birgə Naxçıvanda keçirilən hərbi təlimlərə cavabdır.

ONN media bildirir ki, bu sözləri Axar.az-a amerikalı mütəxəssis Endryu Korıbko dünən İranın Azərbaycanın daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrinin Naxçıvana uçuşuna qadağa qoyması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Mütəxəssisin sözlərinə görə, İran tərəfinin bu addımına nə bəhanə gətirəcəyi və bu qadağanın nə qədər davam edəcəyi bəlli deyil:

“Ola bilsin ki, bu addım Azərbaycanla Türkiyənin bir-biri ilə ticarətini İranın şimalına güvənməklə asanlıqla reallaşdıra biləcəkləri arxayınlığını məhv etməyə hədəflənib. Görünən odur ki, Bakı və Ankara bu yola asanlıqla alternativ tapa bilərlər”, – deyə amerikalı ekspert bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png