ONN İnformasiya Agentliyi

Bu kolleclər yenidən təşkil edilir – QƏRAR

Bu kolleclər yenidən təşkil edilir – QƏRAR
08 Oktyabr 2021 - 12:52

Azərbaycanda bir sıra kolleclər yenidən təşkil ediləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Ağcabədi Pedaqoji Kollecinin, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin, Ağdam Musiqi Kollecinin, Ağdaş Dövlət Humanitar Kollecinin, Astara Pedaqoji Kollecinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Quba Dövlət Sosial-İqtisadi Kollecinin, Masallı Dövlət Regional Kollecinin, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin, Şamaxı Dövlət Regional Kollecinin, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Şuşa Humanitar Kollecinin, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin yenidən təşkili edilir.

Həmçinin bəzi universitetlərin nəzdindəki yenidən təşkil ediləcək.

Qərara əsasən, “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq aşağıdakı kolleclər yenidən təşkil olunur:

– Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə çevrilmə yolu ilə;

– Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə;

– Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə;

– Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə çevrilmə yolu ilə;

– Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə çevrilmə yolu ilə;

– Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə çevrilmə yolu ilə;

– Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə çevrilmə yolu ilə;

– Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə çevrilmə yolu ilə;

– Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə çevrilmə yolu ilə.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png