ONN İnformasiya Agentliyi

Füzuli Hava Limanı saatda 200 sərnişinə xidmət edə biləcək

Füzuli Hava Limanı saatda 200 sərnişinə xidmət edə biləcək
26 Oktyabr 2021 - 15:23

 Azərbaycan və Türkiyə dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağda Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimində iştirak ediblər.

ONN media xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Prezidenti  Ərdoğana türklərin də iştirak etdiyi tikinti işlərinin gedişi barədə məlumat verib.

Bildirib ki, hava limanının özülü 2021-ci il yanvarın 14-də təməli qoyulub. İlk sınaq uçuşu avqustun 22-də baş tutub. Uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Terminal saatda 200 sərnişinə xidmət göstərmək qabiliyyətinə malikdir.

 Hava limanı ən ağır yük təyyarələrini qəbul etməyə hazırdır.

Prezident İlham Əliyev onu da bildirib ki, Zəngilanda tikiləcək hava limanının da  uçuş zolağı 3000 metr və eni 60 metr olacaq.  Həmin hava limanı 2022-ci ildə istifadəyə veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png