ONN İnformasiya Agentliyi

Devid Bekhem dünya çempionatının reklam siması olacaq

Devid Bekhem dünya çempionatının reklam siması olacaq
28 Oktyabr 2021 - 23:21

Futbol dünyasının canlı əfsanələrindən sayılan britaniyalı Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının reklam siması olacaq.

ONN media xəbər verir ki, bununla bağlı Dohada D.Bekhem ilə Qətər Futbol Federasiyası arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, 46 yaşlı D.Bekhem on il ərzində Qətərin futbol səfiri kimi ölkənin turizm potensialının və mədəniyyətinin təbliğində fəal rol oynayacaq.

Sabiq futbolçunun bu müqavilə ilə 150 milyon funt-sterlinq gəlir əldə edəcəyi gözlənilir.

D.Bekhemin Qətər Dövləti ilə əməkdaşlığı 2013-cü ildə “Paris Sen-Jermen” klubunda çıxış etdiyi dövrdə başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png