ONN İnformasiya Agentliyi

Saqqallı tələbələr universitetə buraxılmayıb? – AÇIQLAMA

Saqqallı tələbələr universitetə buraxılmayıb? – AÇIQLAMA
01 Noyabr 2021 - 13:58

Saqqalı tələbələr Azərbaycan Kooperasiya Universitetinə buraxılmayıb.

ONN media bildirir ki, bu barədə Ölkə.Az-a universitetin tələbələri məlumat verib. Tələbələr söyləyib ki, saqqallı olan şəxslər universitetin qapısından geri qaytarılıb.

Universitetin Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov Ölkə.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, heç bir tələbənin geri qaytarılmadığını, sadəcə onlarla maarifləndirici söhbət aparıldığını deyib:

“Ümumiyyətlə, vizual görünüş xatirinə saxlanılan saqqalla bağlı problem yaratmırıq. Amma rəhbərliyin tapşırığıdır ki, bura ali təhsil ocağıdır və istəyərdik ki, tələbə dərsə səliqəli gəlsin. Sinəyə qədər çatan saqalla gəlməsinlər. Səhər-səhər qapıda onlarla 5 dəqiqə söhbət aparılıb,sonra dərsə buraxılıblar. Dərsdən kənarlaşdırmaq, dərsə buraxılmamaq kimi administrativ tədbir yoxdur. Vizual görünüş üçün kim istəsə saqqal saxlaya bilər. Burada heç bir problem yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png