ONN İnformasiya Agentliyi

Boksçumuz dünya çempionatının finalına yüksəldi

Boksçumuz dünya çempionatının finalına yüksəldi
04 Noyabr 2021 - 22:54

Azərbaycan boksçusu Alfonso Dominqes Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

ONN media xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib.

Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 hesabı ilə aktivinə yazıb. A.Dominqes sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

O, yarımfinaladək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae və rusiyalı Şarabutdin Atayevə qalib gəlib.

Digər boksçumuz Məhəmməd Abdullayev isə dünya çempionatını bürünc medalla başa vurub. Belə ki, (+92 kq) çəki dərəcəsində mübarizə aparan “Baku Fight Lab”ın üzvü Yonas Yazeviçius (Litva), Vladan Babiç (Serbiya) və Narenderin (Hindistan) ardınca Davit Çaloyanla (Ermənistan) qarşılaşıb. Yarımfinal görüşündə rəqib üstün olduğundan Məhəmməd dünya çempionatını 3-cü pillədə başa vurub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png