ONN İnformasiya Agentliyi

Bu şəxslər “kupça”nı PULSUZ ALACAQ

Bu şəxslər “kupça”nı PULSUZ ALACAQ
05 Noyabr 2021 - 18:44

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsimləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qanuna təklif edilən dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png