ONN İnformasiya Agentliyi

Ramilə Əliyeva Avropa çempionatında gümüş medal qazandı

Ramilə Əliyeva Avropa çempionatında gümüş medal qazandı
05 Noyabr 2021 - 22:39

Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Ramilə Əliyeva gümüş medal qazanıb.

ONN media  xəbər verir ki, qitə çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz ilk qarşılaşmasında Paulina Zlaşta (Polşa), daha sonra portuqaliyalı Raquel Britoya qalib gələrək yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə ispaniyalı Mireia Lapertanı məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya təmsilçisi Andreya Stojadinova uduzaraq ikinci yerlə kifayətlənib.

Noyabrın 7-dək davam edəcək yarışda 38 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan komandası turnirdə 8 idmançı ilə təmsil olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png