ONN İnformasiya Agentliyi

İranla sərhəddə yeni gömrük məntəqəsi tikilə bilər

İranla sərhəddə yeni gömrük məntəqəsi tikilə bilər
15 Noyabr 2021 - 16:03

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkından İrana əlavə avtomobil yolunun, körpünün tikintisi və yeni gömrük məntəqəsinin qurulması planlaşdırılır.

Bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, “Araz Vadisi İqtisadiyyat Zonası” xüsusi əhəmiyyət kəsb edir. Belə ki, sözügedən iqtisadi zona yol kəsişmələrinin ortasında yerləşir.

Elşad Nuriyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasından sonra “Araz Vadisi İqtisadiyyat Zonası”nın əhəmiyyət bir qədər də artacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png