ONN İnformasiya Agentliyi

Rəisi və Çavuşoğlu Azərbaycanla münasibətlərdən danışdı

Rəisi və Çavuşoğlu Azərbaycanla münasibətlərdən danışdı
15 Noyabr 2021 - 23:14

Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

ONN media xəbər verir ki, İ.Rəisi İran və Türkiyə arasındakı sıx əlaqələrin regionda sülh və sabitliyə töhfə verəcəyini deyib.

İran Prezidenti əlavə edib ki, iki dövlət əlaqələri inkişaf etdirmək üçün yol xəritəsini yekunlaşdırmalıdır:

“Bizim yaxın münasibətlərimiz regionda sülh və sabitliyin xeyrinədir. İki ölkə arasında regional əməkdaşlıq beynəlxalq əməkdaşlığa çevrilməlidir və bu cür qarşılıqlı əlaqə qlobal problemlərə effektiv təsir edər. Hər iki ölkənin mövqeyi mühümdür”.

O, Türkiyə xarici işlər naziri ilə Cənubi Qafqaz regionunda sabitliyin yaradılması və ticarət əlaqələrinin inkişafı üçün İranla müştərək əməkdaşlıqdan danışıb:

“İranın Azərbaycan və Türkiyə ilə dərin və uzunmüddətli dini və mədəni əlaqələri var. Biz əcnəbilərin bəzi hərəkətlərinin münasibətlərə xələl gətirməsinə imkan verməməliyik”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində ölkəsinin İranla əlaqələrini genişləndirməyə çalışdığını vurğulayıb:

“Türkiyə İranın yeni hökumətini nəticəyönümlü hökumət hesab edir və Tehranla əməkdaşlıq səviyyəsini mümkün qədər artırmaq əzmindədir”.

Türkiyənin xarici işlər naziri Cənubi Qafqazda sabitlik və ticarətin inkişafında İranın əməkdaşlığı və iştirakının əhəmiyyətinə toxunaraq deyib:

“Biz Cənubi Qafqazda sabitlik və ticarət əlaqələrini artırmaq üçün İranla ikitərəfli əməkdaşlıq qurmaq və gücləndirmək istəyirik”.

O, regionda baş verən proseslərə də toxunaraq, terrorizmlə mübarizədə, regionda sabitlik və sülhün bərqərar olunmasında İranla əməkdaşlıq etməyə çağırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png