ONN İnformasiya Agentliyi

Moskvada QARABAĞ MÜZAKİRƏSİ: Lavrov ATƏT-in sədrini gözləyir

Moskvada QARABAĞ MÜZAKİRƏSİ: Lavrov ATƏT-in sədrini gözləyir
18 Noyabr 2021 - 21:38

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə Moskvada danışıqlar aparacaq.

ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, görüşdə ATƏT-in Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasına yardımı, eləcə də Qafqazda təhlükəsizlik və sabitliyə dair Cenevrə müzakirələrində təşkilatın vasitəçiliyi ilə bağlı məsələlərə toxunulması planlaşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png