ONN İnformasiya Agentliyi

Gələn həftədən məktəblərdə “Zəfər Tarixi” dərsi keçiriləcək

Gələn həftədən məktəblərdə “Zəfər Tarixi” dərsi keçiriləcək
19 Noyabr 2021 - 13:51

“Zəfər Tarixi” dərsliyi artıq hazırdır. Dərslik növbəti həftələrdən məktəblərə paylanılacaq”.

ONN media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Zəfər yolu” inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, bu dərslik əvvəlki illərdə tədris olunan Qarabağ tarixi fakültətiv məşğələsinin ardı kimi tədris ediləcək.

“Zəfər Tarixi” bu ildən bütün məktəblərdə tədris ediləcək. Şagirdlər bu dərslik vasitəsi ilə Zəfərə necə gəlib çatmağımız barədə məlumatlanacaqlar. Dərsliyin hər il yenilənməsi nəzərdə tutulur. Çünki Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır. Azad olunan ərazilərdəki quruculuq işləri də qələbədir”.

Nazir qeyd edib ki, bu dərsi oxuyan hər bir şagird Hərbi Qənimətlər Parkında və işğaldan azad edilmiş ərazilərdə olmalıdır:

“Tədrisi bu formada təşkil etmək daha düzgündür. Bu baxımdan “Zəfər tarixi” dərsliyindəki mövzuların təliminin həmin yerlərdə təşkilini çox vacib hesab edirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png