Bəzi təhsil müəssisələrinə istilik verilməsində problemlər var.
ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, hazırda 60 faizə qədər məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub: “Region məktəbləri alternativ odun və yanacaqla qızdırılır. Bakıda məktəblərin əksəriyyətində bu problem aradan qaldırılıb. Əgər Bakıda istilik problemi olan 67 məktəb var idisə, hazırda bu say 20-ə qədər endirilib. Təbii ki, hər məktəbdə problem ola bilər və səbəblər müxtəlifdir. 4400 məktəbimiz varsa, bir neçəsində problem olması labüddür”.