ONN İnformasiya Agentliyi

Lavrovla Blinken arasında MÜZAKİRƏ: Azərbaycan-Ermənistan arasında…

Lavrovla Blinken arasında MÜZAKİRƏ: Azərbaycan-Ermənistan arasında…
02 Dekabr 2021 - 20:23

Vaşinqton Ermənistan və Azərbaycan arasında dialoqu dəstəkləyir.

ONN media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

Dövlət Departamentinin bəyanatında deyilir ki, tərəflər Qafqazdakı vəziyyəti müzakirə ediblər və dövlət katibi Ermənistan və Azərbaycan hökumətləri arasında birbaşa dialoqun bərpasını alqışlayıb.

Bundan öncə Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında danışıqlar aparılıb. Sonda birgə bəyanat qəbul edilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşü dekabrın 15-də Brüsseldə planlaşdırılır.

Xatırladaq ki, Blinkenlə Lavrov arasında görüş Stokholmda keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində baş tutub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png