ONN İnformasiya Agentliyi

Bu ölkələr İrana qarşı birləşir

Bu ölkələr İrana qarşı birləşir
05 Dekabr 2021 - 11:41

Fransa və Səudiyyə Ərəbistanı İranın nüvə proqramını inkişaf etdirməsindən narahat olduqlarını bildiriblər.

ONN media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilən görüşdən sonra verilən açıqlamada bildirilib.

Fransa İranın nüvə silahı əldə etməsinə və ya inkişaf etdirməsinə icazə verməməkdə qərarlı olduğunu vurğulayıb.

İki ölkə lideri həmçinin İranın regionda sabitliyi pozan fəaliyyətlərindən danışıb, o cümlədən ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə ilə mübarizə aparmağın vacibliyini vurğulayıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png