ONN İnformasiya Agentliyi

Sahibə Qafarova Türkiyəyə gedir

Sahibə Qafarova Türkiyəyə gedir
07 Dekabr 2021 - 14:50

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etmək üçün dekabrın 8-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclisin deputatı Ceyhun Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclis sədrinin İƏT Pİ-nin 16-cı konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 11-də başa çatacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png