ONN İnformasiya Agentliyi

Yanvar-fevral aylarında keçiriləcək imtahanların tarixləri açıqlandı

Yanvar-fevral aylarında keçiriləcək imtahanların tarixləri açıqlandı
27 Dekabr 2021 - 15:58

Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.

Mərkəzdən  verilən məlumata görə yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz:

İmtahanın adıTarixi
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı23 yanvar
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı23 yanvar
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)13 fevral
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı13 fevral
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı20 fevral
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)20 fevral
Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı27 fevral
Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı28 fevral
TOEFL imtahanı8, 22 yanvar12, 19 fevral
GRE imtahanı9 yanvar4 fevral
TKT (Teaching Knowledge Test) imtahanı29 yanvar

Digər aylarda keçiriləcək imtahanların tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png