ONN İnformasiya Agentliyi

Bakıda ani lotereyalarda böyük uduşlar qazanıldı – MƏBLƏĞLƏR

Bakıda ani lotereyalarda böyük uduşlar qazanıldı – MƏBLƏĞLƏR
17 Fevral 2022 - 14:41

“Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar – “Brilliant”, “Şans ulduzu” və “Qızıl” 100 min, 50 min və 25 min manat uduşlar təklif edir.

Bu dəfə ard-arda bir neçə uduş öz qaliblərinə qismət olub.

“Şans ulduzu” ani lotereyasında növbəti böyük uduş 50 min manat Bakı sakini tərəfindən udulub. “Qızıl” ani lotereyasında iki böyük uduş hərəsi 25 min manat olmaqla Mingəçevir və Şəmkirdə qazanılıb.

Uduşlar bununla da bitməyib. “Brilliant” ani lotereyasında böyük uduş – 100 min manat Bakıda fəaliyyət göstərən marketlərin birində paytaxt sakininə qismət olub.

Qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya oyunlarında uduşları qazananların adı və soyadlarının açıqlanması yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png