ONN İnformasiya Agentliyi

Ramiz Mehdiyevin istefası məsələsi sabah müzakirəyə çıxarılacaq – RƏSMİ

Ramiz Mehdiyevin istefası məsələsi sabah müzakirəyə çıxarılacaq – RƏSMİ
18 Fevral 2022 - 16:08

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının sabah keçiriləcəyi dəqiqləşib. 

ONN media xəbər verir ki, bu barədə  AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib. 

A. Balayeva bildirib ki, iclasın gündəliyinə yalnız kadr məsələsi daxil edilib. 

Qeyd edək ki, AMEA-nın Nizamnaməsinə əsasən, Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

Buna görə də dünən AMEA-nın yaydığı rəsmi məlumatda bildirilmişdi ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək və bundan sonra iclasın gündəliyi məlum olacaq. 

AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev isə açıqlamasında bildirmişdi ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq. (ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png