ONN İnformasiya Agentliyi

Bu həftə 3 gün ardıcıl qeyri-iş günü olacaq? – NK cavab vermir

Bu həftə 3 gün ardıcıl qeyri-iş günü olacaq? – NK cavab vermir
02 Mart 2022 - 10:22

Bu həftə martın 5-i şənbə, 6-sı bazar günüdür, 8 mart isə Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir.

ONN media xəbər verir ki, qeyri-iş günlərinin ardıcıllığının təmin edilməsi üçün adətən belə hallarda istirahət günü ilə iş gününün yeri dəyişdirilir. Məsələn, 5 mart şənbə günü iş günü olaraq təyin edilir, əvəzində 7 mart qeyri-iş günü olur və beləliklə, 6-8 mart tarixləri qeyri-iş günləri elan edilir.

Şimal qonşumuz ötən həftədən bu qərarını elan edib və bu həftə Rusiyada altıgünlük iş həftəsidir.

Bəs, Azərbaycanda necədir?

Bununla bağlı saytımız Nazirlər Kabinetinə 3 gündür sorğu versə də, heç bir cavab yoxdur. Əli Əsədovun kadrları üçün deyəsən, iş və qeyri-iş gününün heç bir fərqi yoxdur.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png