ONN İnformasiya Agentliyi

Azərbaycanda hotellərdə gecələmələr kəskin artıb

Azərbaycanda hotellərdə gecələmələr kəskin artıb
26 Aprel 2022 - 15:28

2022-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 435,3 min olub.

Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3% çoxdur. 

Rəqəmlərə əsasən, gecələmələrin 48,5%-i Bakıda, 10,8%-i Qusarda, 8%-i Qubada, 7,6%-i Qəbələdə, 6,1%-i Şabranda, 3,4%-i Naftalanda, 3,1%-i Lənkəranda, 2,3%-i Naxçıvan Muxtar Respublikasında, 1,2%-i Şamaxıda, 1,1%-i Mingəçevirdə və 7,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 263,3 min olub ki, bu da ümumi gecələmələrin 60,5%-ni təşkil edir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 172,0 min olub ki, bu da ümumi gecələmələrin 39,5%-ni təşkil edir. Gecələmələrin 14,2%-i Rusiya Federasiyası, 12,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,3%-i Türkiyə, 8,7%-i Səudiyyə Ərəbistanı, 5,4%-i Küveyt, 4%-i Böyük Britaniya, 3,1%-i ABŞ, 2,6%-i İsrail, 2,1% Pakistan, 2%-i Qazaxıstan, 1,7%-i Almaniya, 1,6%-i Qətər, 1,5%-i İtaliya, 1,3%-i İran, 1,3%-i Gürcüstan, 1,3%-i Hindistan, 1,2%-i Ukrayna, 0,8%-i Niderland, 0,7%-i Fransa, 23,4%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 70,8%-i Bakıda, 12,4%-i Qusarda, 5,8%-i Qəbələdə, 3,5%-i Naftalanda, 2,9%-i Qubada, 1,5%-i Şabranda,1%-i Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png